Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
APA UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
6-sı uşaq olmaqla daha 38 nəfərin yaralandığını bildirib.
***
08:31
Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
APA UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.
Dağıntılar altından 3-ü uşaq olmaqla, 7 nəfər xilas edilib.
***
Saat 05:09
Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
APA UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.
“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovsk rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - məlumatda deyilir.
Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.
İstirahət mərkəzində dağıntı olsa da, ölən olmayıb.