Odessa şəhəri yenidən kamikadze dronlarla hücuma məruz qalıb.
APA-nın xəbərinə görə, bu barədə Odessa şəhər Şurası “Telegram”-da paylaşım edib.
Odessa şəhər administrasiyasının binasına 3 kamikadze dron çırpılıb, binada yanğın başlayıb.
İlkin məlumata görə, tələfat yoxdur.