Macarıstanın baş naziri Viktor Orban Fransa prezidenti Emmanuel Makronla iş yeməyində olduğunu bildirib.
APA-nın məlumatına görə, bu barədə Macarıstanın baş naziri “Twitter” səhifəsində yazıb.
Orbanın sözlərinə görə, görüş zamanı siyasətçilər Ukraynadakı vəziyyəti, Avropanın rəqabət qabiliyyətinin gücləndirilməsini, eləcə də müdafiə sənayesi və enerji təhlükəsizliyini müzakirə ediblər.