Bank Of Baku

Papa Fransisk Romadakı fabrikə 200 min avro ianə edib

Papa Fransisk Romadakı fabrikə 200 min avro ianə edib
# 28 aprel 2025 03:23 (UTC +04:00)

Aprelin 21-də vəfat edən Papa Fransisk, ölümündən bir müddət əvvəl Romadakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada fəaliyyət göstərən makaron fabrikinin ipotekasını bağlamaq üçün 200 min avro ianə edib.

APA xəbər verir ki, bu barədə "The Economist" jurnalı Papa Fransiskin vəsiyyətinə istinadla məlumat yayıb.

Jurnal qeyd edir ki, ianə Pontifikin öz şəxsi hesabından edilib.

"Papa Fransisk ölümündən əvvəl qalan vəsaitinin demək olar ki, hamısını bu məqsəd üçün xərcləyib," – deyə məqalədə bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR