Bank Of Baku

Peter Mixalko Ukraynaya yardıma görə Azərbaycana təşəkkür edib

Peter Mixalko, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri

© APA | Peter Mixalko, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri

# 11 iyun 2023 19:51 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna tərəfinin müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə yardım göndərilməsini təqdir edib.

APA-nın xəbərinə görə, bu barədə Peter Mixalko “Tvitter”-də paylaşım edib.

“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, - deyə Peter Mixalko vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR