Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Alyansı Rusiyanı rəsmi olaraq Ukraynanı tərk etməyə çağırmağa hazırlaşır.
APA xəbər verir ki, bu məlumatı müvafiq sənədə və diplomatların bəyanatlarına istinadən “Politico” nəşri yayıb.
Qəzetin yazdığına görə, Aİ və NATO Moskvanı Ukraynanı tərk etməyə çağıran bəyanatla çıxış etməyə hazırlaşır.
Həmçinin sənəddə Ukraynanın müstəqilliyinin dəstəkləndiyi qeyd olunacaq.
“Bəyanat üzərində bir ildən çox idi ki, iş gedirdi, lakin Türkiyə ilə Kipr arasındakı fikir ayrılığı məsələni ləngitdi”,- deyə nəşr bildirib.
Sənədin böyük ehtimalla ən geci gələn ilin əvvəlində rəsmi olaraq dərc olunacağı qeyd olunub.