Bank Of Baku

Polşa Litva ilə sərhəddə nəzarəti ləğv etməyi planlaşdırmır

Polşa Litva ilə sərhəddə nəzarəti ləğv etməyi planlaşdırmır
# 05 oktyabr 2026 22:56 (UTC +04:00)

Polşa 2025-ci ilin iyulunda tətbiq etdiyi və bir neçə dəfə müddətini uzatdığı Litva ilə sərhəd nəzarətini ləğv etməyi planlaşdırmır.

APA xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski litvalı həmkarı Martinas Katelinasla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Kervinski sərhəd nəzarətinin nə vaxt başa çatacağını söyləməyin çətin olduğunu qeyd edib. Onun sözlərinə görə, nəzarət rejimi bunun üçün əsaslı şərtlər yarandıqdan sonra ləğv ediləcək. Hələlik isə mövcud rejimin müddəti daha altı ay uzadılıb.

Polşa hakimiyyəti Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarətin müddətini 2026-cı il oktyabrın 2-dən 2027-ci il aprelin 2-dək uzadıb.

Litva istiqamətində bu qərarın ilk növbədə “ikinci dərəcəli miqrasiya” ilə əlaqəli olduğu bildirilir. Söhbət üçüncü ölkələrdən olan qanunsuz miqrantların Belarus vasitəsilə Latviyaya, oradan Litvaya, daha sonra isə Polşa və Qərbi Avropa ölkələrinə keçməyə çalışmasından gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR