Polşada “Dövlət qulluğu haqda” qanuna dəyişiklik edilib.
APA Polşa Prezident Ofisinə istinadən xəbər verir ki, dövlət başçısı Andjey Duda bu barədə qərar imzalayıb.
Məlumatda deyilir ki, Polşa Prezidenti 1944-1990-cı illərdə ölkənin dövlət təhlükəsizlik orqanlarında işləmiş şəxslərin dövlət qulluğuna qəbulunu qadağan edən qanun imzalayıb.
Hazırda işləyən şəxslər isə işdən azad olunacaq.
Həmçinin o da əlavə olunub ki, qəbul olunan qanunun məqsədi dövlət qulluğuna qəbulda bürokratiyanın azaldılması və fəaliyyətinin sürətinin artırılması, iş vaxtı sisteminin dəyişdirilməsi, intizam komissiyalarının yaradılmasıdır.