Bank Of Baku

Polşadan azərbaycanlıların təxliyəsi üçün daha iki çarter reysi təşkil olunacaq

Polşadan azərbaycanlıların təxliyəsi üçün daha iki çarter reysi təşkil olunacaq
# 06 mart 2022 10:21 (UTC +04:00)

Ukraynadan Polşaya keçən daha 400-ə qədər Azərbaycan vətəndaşı bu gün axşam saatlarında iki çarter reysi ilə Katovitse şəhərindən Bakıya yola salınacaq.

Bunu APA-ya açıqlamasında hazırda Varşavada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S. Adıgözəlli deyib ki, bu gün yerli vaxtla saat 13.00 radələrində Varşavada 400-ə qədər Azərbaycan vətəndaşı avtobuslarla Katovitse şəhərinə yola salınacaq: “Artıq dünəndən bu gün axşam saatlarında təşkil olunacaq iki çarter reysi ilə bağlı Varşavadakı azərbaycanlıların qeydiyyatı aparılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR