Çexiya paytaxtı Praqa şəhərində Sovet İttifaqı marşalı İvan Konevin adını daşıyan küçənin adı dəyişdiriləcək.
APA xəbər verir ki, bu barədə “Czech News Agency” (CTK) xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, 1 oktyabr tarixindən marşal İvan Konevin adını daşıyan küçənin adı dəyişdiriləcək və Hartiq küçəsi adlandırılacaq.
Qeyd olunub ki, Praqanın Zizkov rayonunun ilk meri - Karel Hartiqin şərəfinə küçəyə onun adı veriləcək.