Bank Of Baku

Putin Makrona Ukrayna ilə bağlı əsas şərtini açıqlayıb - VİDEO - YENİLƏNİB

Putin Makrona Ukrayna ilə bağlı əsas şərtini açıqlayıb  - VİDEO  - YENİLƏNİB
# 06 mart 2022 18:50 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynada xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu, Kremlin görüşlə bağlı yaydığı məlumatda əksini tapıb.

Qeyd edilib ki, Rusiya və Fransa prezidentləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

***

saat 17.35

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları arasında telefon danışığı 1 saat 45 dəqiqə davam edib.

V. Putin və E. Makron Ukrayna böhranı ilə bağlı müzakirə aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR