Gürcüstanın Qardabani rayonunda ata və iki azyaşlı uşağının meyiti göldə tapılıb.
APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladaantkari kəndində baş verib.
Məlumata görə, ata və uşaqları gölə bağlıq tutmağa gediblər. Onların iki gün ərzində axtarışda olduğu bildirilib.
"Sputnik Georgia"nın məlumatına görə, polis "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə araşdırmaya başlayıb.