Bank Of Baku

Qaribaşvili: Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi siyasi qərardır

Qaribaşvili: Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi siyasi qərardır
# 26 dekabr 2022 14:11 (UTC +04:00)

Gürcüstan və Ukraynaya Avropa İttifaqı (Aİ) namizədi statusunun verilməsi siyasi qərardır.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə cari ilin nəticələrinə dair keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Gürcüstan islahatların həyata keçirilməsi baxımından həm Ukraynadan, həm də Moldovadan irəlidədir.

“Dost ölkələr haqqında alçaldıcı danışmaq istəmirəm, lakin biz hamımız çox yaxşı bilirik ki, Gürcüstan Ukrayna və Moldovadan islahatların tətbiq edilməsi baxımından 2-3 dəfə irəlidədir. Aydındır ki, bu siyasi qərardır. Açıq şəkildə bəyan edilib ki, Ukrayna namizəd statusunu ona görə əldə edib ki, ölkə müharibədədir, Moldova isə müharibəyə çox yaxındır. Biz bu motivasiyanı yaxşı anlayırıq və dost ölkələr Moldova və Ukraynaya uğur arzu edirik. Biz bu ölkələrdə sülh və firavanlıq arzu edirik”, - deyə Qaribaşvili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR