Bank Of Baku

Qərb liderləri videokonfrans formatında görüşüblər 

Boris Conson

© APA | Boris Conson

# 08 mart 2022 00:17 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa, Almaniya və ABŞ liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı danışıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya hökumətinin məlumatında bildirilib.

Liderlər Ukrayna ilə həmrəy olduqlarını bildiriblər. Onlar Ukrayndakı hərbi və siyasi vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, ölkənin gələcəyi ilə bağlı istənilən danışıqda ilk növbədə ukraynalıların ehtiyac və istəkləri nəzərə alınmalıdır.

Baş nazir və digər liderlər Rusiyanın diplomatik və iqtisadi cəhətdən təcrid etmək üçün təzyiqlərə davam etmək barədə razılığa gəliblər.

Liderlər qarşıdakı günlərdə bu formatda görüşü davam etdirmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR