Bank Of Baku

Quterreşin nümayəndəsi Astanada keçiriləcək Suriya üzrə danışıqlarda iştirak etməyi planlaşdırır

Quterreşin nümayəndəsi Astanada keçiriləcək Suriya üzrə danışıqlarda iştirak etməyi planlaşdırır
# 20 iyun 2023 10:50 (UTC +04:00)

BMT Baş katibi Antonio Quterreşin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen Astanada keçiriləcək danışıqlarda iştirak etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Diplomat qeyd edib ki, Pedersen 20-21 iyun tarixlərində Suriya üzrə Astana formatında (Rusiya, İran, Türkiyə) keçiriləcək beynəlxalq görüşdə iştirak etməyi planlaşdırır, görüşdə həmçinin qarant ölkələrin nümayəndə heyətləri, Suriya hökuməti və Suriya müxalifətinin nümayəndələri də iştirak edəcək.

Həmçinin əlavə olunub ki, görüşdə BMT, İordaniya, Livan və İraq nümayəndələrinin müşahidəçi qismində iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR