Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukraynaya gedir.
APA xəbər verir ki, bu barədə Qrossi "Twitter"də bildirib.
AEBA Baş direktoru qeyd edib ki, o, Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşəcək və Novaya Kaxovka bəndinin vurulması nəticəsində meydana gələn fəlakətin aradan qaldırılması istiqamətində yardım proqramını təqdim edəcək: “Zaporojye AES-dəki vəziyyəti qiymətləndirəcəyəm və gücləndirilmiş komanda ilə AEBA-nın Zaporojye AES-ə Dəstək və Yardım Missiyasının rotasiyası aparacağam".