Bank Of Baku

Rişi Sunak Estoniyaya səfər edəcək

Rişi Sunak

© APA | Rişi Sunak

# 19 dekabr 2022 11:45 (UTC +04:00)

Britaniya Baş naziri Rişi Sunak Estoniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas "Twitter"də bildirib.

Onun sözlərinə görə Rişi Sunak bu gün Estoniyaya səfər edəcək və səfəri çərçivəsində Britaniya Baş naziri NATO müttəfiqlərinin Estoniyadakı müdafiə və çəkindirmə hərbi qüvvələrini (EFP) ziyarət edəcək.

Baş nazir Kallas qeyd edib ki, britaniyalı həmkarı ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Britaniyanın baş naziri Rişi Sunak bu gün Latviyanın paytaxtı Riqada keçirilən Birgə Ekspedisiya Qüvvələrinin (JEF) sammiti çərçivəsində Şimali Avropa, Baltikyanı və hollandiyalı həmkarları ilə də görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR