Bank Of Baku

Rişi Sunak Parisdə Makronla görüşüb

Rişi Sunak Parisdə Makronla görüşüb
# 10 mart 2023 14:49 (UTC +04:00)

Britaniya Baş naziri Rişi Sunak bu gün Parisdə Böyük Britaniya-Fransa Sammitində iştirak edir.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Parisdəki Yelisey sarayında baş tutan sammit çərçivəsində Rişi Sunak Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

İki lider jurnalistlər qarşısında əl sıxışıblar. Rişi Sunak özünün “Tvitter” səhifəsində Fransanı yaxın dost, tarixi müttəfiq adlandırıb.

Qeyd edək ki, sammit daxili enerji təchizatını təmin etmək və xalqı Rusiyadan və başqa yerlərdən gələn təhlükədən qorumaq da daxil olmaqla, ortaq problemlərin həlli üçün tərəfdaşlığın möhkəmləndirilməsinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR