Bank Of Baku

Roma Konfransında Ukraynaya 10 milyard avrodan çox vəsait ayrılıb

Roma Konfransında Ukraynaya 10 milyard avrodan çox vəsait ayrılıb
# 10 iyul 2025 14:51 (UTC +04:00)

İtaliyanın paytaxtı Romada keçirilən və Ukraynaya iqtisadi dəstək məqsədilə təşkil edilən konfransda bu ölkəyə dəstək üçün 10 milyard avrodan çox vəsait ayrılıb.

APA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.

“Məncə biz əldə etdiyimiz nəticə ilə fəxr etməliyik. Burada millətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes sektorunun və vətəndaş cəmiyyətinin payı da var”, - Meloni qeyd edib.

Konfransda iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini rəsmi Kiyevə daha çox maliyyə yardımı göstərməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR