Bank Of Baku

Rumıniya sərhədçiləri üç ukraynalı əsgəri saxlayıblar

Rumıniya sərhədçiləri üç ukraynalı əsgəri saxlayıblar
# 19 iyun 2023 00:42 (UTC +04:00)

Rumıniya sərhəd polisi qeyri-qanuni miqrantları saxlamağa çalışarkən dağlarda azmış üç silahlı ukraynalı sərhədçisini saxlayıb.

APA xəbər verir ki, bu barədə Rumıniyanın "Antena 3" telekanalı məlumat yayıb.

“Rumıniya sərhədçiləri Viseul de Sus yaxınlığında sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən pulemyotlarla silahlanmış üç Ukrayna əsgərini saxlayıblar”, - məlumatda deyilir.

Hərbçilər məhdudgörmə şəraitində azdıqlarını və bu səbəbdən Rumıniya ərazisinə keçdiklərini bildiriblər.

Onlar sərhədi qanunsuz keçərək dağlarda azmış bir qrup ukraynalını təqib etdiklərini də bildiriblər. Saxlanılan sərhədçilər Ukrayna tərəfinə təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR