Rusiya Dnepri ballistik raketlərlə vurub, 16 nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB

Rusiya Dnepri ballistik raketlərlə vurub, 16 nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
# 24 iyun 2025 21:09 (UTC +04:00)

Rusiyanın Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə hücumu nəticəsində ölənlərin sayı artmaqda davam edir.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Artıq 9 nəfər həlak olub, 100-dən çox sakin yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Niderland parlamentinin Senatı və Nümayəndələr Palatasına müraciətində bildirib ki, hücum nəticəsində azı 16 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.



***
15:31


Rusiya Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə zərbələr endirib.

APA xəbər verir ki, ən azı 7 nəfərin həlak olduğu, 70-yə yaxın şəxsin isə yaralandığı bildirilir.

Yaralılardan 5-nin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 10 uşaq da var.

Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Rusiyanın zərbələri nəticəsində mülki infrastruktura, o cümlədən yataqxana, gimnaziya binasına, inzibati binalara, sərnişin qatarına ciddi ziyan dəyib. Qatarın sərnişinləri arasında müxtəlif dərəcəli xəsarətlər alanlar var.

Ukraynanın xarici işlər naziri Andrey Sibiha da hadisə barədə açıqlama verib. Nazir bildirib ki, sərnişin qatarı, məktəblər, uşaq bağçaları, poliklinika və xəstəxana binaları Rusiyanın zərbələri nəticəsində ziyan görüb.

O, ölənlərin və yaralananların olduğunu da deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR