Bank Of Baku

Rusiya Dumasının sədri Ərdoğanla görüşüb

Rusiya Dumasının sədri Ərdoğanla görüşüb
# 13 dekabr 2022 15:05 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yaylıb.

Bundan əvvəl, Volodinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü baş tutub.

Mətbuat konfransı zamanı, Volodin iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. O əlavə edib ki, əməkdaşlığa dair yeni formatın yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Volodin gələn ilin əvvəlində Mustafa Şentopun Rusiyaya səfərinin baş tutacağını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR