Bank Of Baku

Rusiya Kiyev və digər şəhərləri raket atəşinə tutub, azı 3 nəfər yaralanıb - YENİLƏNİB-1

Rusiya Kiyev və digər şəhərləri raket atəşinə tutub, azı 3 nəfər yaralanıb - YENİLƏNİB-1
# 29 dekabr 2022 12:32 (UTC +04:00)

Rusiyanın raket hücumları zamanı Kiyevdə 3 nəfər, o cümlədən 14 yaşlı qız yaralanıb.

APA xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofis rəhbərinin müavini Kiril Timoşenko deyib.

O, raket zərbələrinin düşdüyü ərazilərdə xilasedicilərin çalışdığını xatırladıb.

***

11:23

Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tutub.

APA “Ukrainskie novosti”yə istinadən xəbər verir ki, Ukraynanın Kiyevlə yanaşı, Odessa, Xarkov, Nikolayev, Lvov şəhərlərində, Kiyev və Jitomir vilayətlərində silsilə raket partlayışları baş verib.

Partlayış nəticəsində Odessa vilayətində elektrik enerjisinin və suyun verilişi dayandırılıb.

Həmçinin Xarkovda metronun fəaliyyətinin dayandırıldığı bildirilib.

Dneprpetrovsk vilayətinə gözlənilən raket hücumu ilə bağlı elektrik enerjisi verilməsi dayandırılıb.

***

11:06

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın raket hücumu nəticəsində partlayışlar baş verib.

APA xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.

Qeyd olunub ki, Kiyev şəhəri ilə yanaşı Kiyev vilayətinin digər hissələrində də, həmçinin, Jitomir, Odessa və digər vilayətlər də atəşə tutulub. Bütün ölkə ərazisində hava həyəcanı siqnalı davam edir, hava hücumundan müdafiə (HHM) qüvvələri çalışır.

Həmçinin əlavə olunub ki, bu gün Ukrayna ərazisinə yüzlərlə raket atılacağı gözlənir.

Xatırladaq ki, bu gün səhərdən etibarən Rusiya Silahlı Qüvvələrinin Qara dənizdəki raket daşıyan gəmiləri hazır vəziyyətə gətirməsi barədə xəbərlər yayılıb. Gəmilərdə çoxlu sayda “Kalibr” raketlərinin olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR