Bank Of Baku

Rusiya Makronun BRICS sammitində iştirakını yersiz hesab edir

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 22 iyun 2023 15:39 (UTC +04:00)

Rusiya Fransa Prezidenti Emmanuel Makronun BRICS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) iştirakını uyğunsuz hesab edir.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Biz siqnal göndərdik ki, ev sahibi ölkənin preroqativlərinə hörmətlə yanaşı, müəyyən qonaqların dəvət edilməsi BRICS-in xarici siyasətlə bağlı problemlərin həlli metodu kimi prinsipcə birtərəfli sanksiyaları rədd edən dövlətlərin birliyi olması faktına əsaslanmalıdır. Aydındır ki, bunu nəzərə alsaq, kollektiv Qərb nümayəndələrinin orada görünməsinin qeyri-adekvatlığı, sadəcə olaraq, göz qabağındadır”, - nazir müavini bildirib.

Qeyd edək ki, hazırda BRICS-ə Cənubi Afrika sədrlik edir. Təşkilatın sammitinin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır.

Fransa mətbuatı yazır ki, Prezident Emmanuel Makron Cənubi afrikalı həmkarından onun sammitə dəvət olunmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR