Rusiya qüvvələri Slavyanska S-300-lə raket atıb, ölən və yaralananlar var - YENİLƏNİB

Rusiya qüvvələri Slavyanska S-300-lə raket atıb, ölən və yaralananlar var - YENİLƏNİB
# 27 mart 2023 14:53 (UTC +04:00)

Slavyanska raket zərbəsi zamanı 2 nəfər ölüb, 29 nəfər yaralanıb.

APA UNİAN-a istinadən xəbər verir ki, yaralılardan biri uşaqdır.

Zərbənin iki ədəd S-300 raketləri ilə endirildiyi vurğulanır. Nəticədə 7 çoxmərtəbəli, 5 fərdi ev zədə alıb.

Həmçinin qonşu Drujovka kəndinə də raket zərbəsi endirilib. Orada iki ədəd S-300 raketi Drujovka internat evinə düşüb və onu tamamilə məhv edib.

***

13:37

Rusiya qüvvələri Slavyanskı atəşə tutub.

APA xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında paylaşım edib.

"Rusiya Federasiyası tərəfindən terrorla başlayan digər bir gün. İşğalçı dövlət bizim Slavyanskımızı atəşə tutub. Təəssüf ki, ölən və yaralananlar var. Bütün xidmətlər hadisə yerində çalışır. Yardım göstərilir. Dağıntıların təmizlənməsi davam edir.

Düşmən bilməlidir: Xalqımıza verilən işgəncələri bağışlamayacağıq, Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək", - Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR