Rusiyanın Xarkova PUA hücumu nəticəsində xəsarət alanların sayı 64-ə çatıb - VİDEO - YENİLƏNİB

Rusiyanın Xarkova PUA hücumu nəticəsində xəsarət alanların sayı 64-ə çatıb  - VİDEO  - YENİLƏNİB
# 11 iyun 2025 13:23 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı 64-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Ukrayna lideri Rusiyaya təzyiqləri artırmağa çağırıb.

10:02

Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Xarkov şəhərinə hücumu olub.

APA UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində yaşayış binalarına zərbə endirilib.

Nəticədə iki nəfər ölüb, 54 nəfər yaralanıb. Yaralılardan 8-i uşaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR