Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç ilə görüşüb.
APA xəbər verir ki, bu barədə şarl Mişel “Twitter” səhifəsində məlumat verib.
Görüşdə Aİ ilə tərəfdaşlığı gücləndirmək öhdəliyi müzakirə edilib.
Həmçinin may ayında Reykyavikdə keçiriləcək dövlət və hökumət başçılarının 4-cü Zirvə Görüşünə hazırlıq məsələləri danışılıb.