Bank Of Baku

Səfir: "Ukrayna ABŞ-dan daha çox Patriot hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir"

Səfir: "Ukrayna ABŞ-dan daha çox Patriot hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir"
# 25 dekabr 2022 14:28 (UTC +04:00)

Ukrayna əlavə Patriot hava hücumundan müdafiə sistemləri təmin etmək üçün Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparır. Konqresdə prezident Vladimir Zelenskinin səfərindən sonra dövlətimizin xeyrinə qərarların qəbulu prosesi intensivləşib.

APA xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova milli telemarafonun efirində danışıb.

Diplomat əlavə Patriot sistemlərinin göndərilməsi ilə bağlı sualı cavablandırıb: “Biz nəinki gözləyə bilərik, həm də bunun üzərində işləyirik. Prezident Zelenskinin Baydenlə keçirdiyi mətbuat konfransından sitat gətirə bilərəm - "Patriot sistemləri üçün təşəkkür edirəm və növbəti mesaj ondan ibarətdir ki, bizə daha çox Patriot lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR