Bank Of Baku

Serbiyada Prezident Vuçiçə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç

© APA | Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç

# 24 fevral 2026 09:29 (UTC +04:00)

Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən iki nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R. zorakılıq yolu ilə Serbiya Respublikasının konstitusiya quruluşunu dəyişmək və ali dövlət orqanlarını devirmək məqsədilə silah əldə etməkdə, eləcə də prezidentin, onun ailə üzvlərinin və DİN əməkdaşlarının həyatına sui-qəsd planlaşdırmaqda şübhəli bilinirlər.

Məlumata görə, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi Kralyevo şəhərində yerləşən Ali Prokurorluğa təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR