Bank Of Baku

Serbiyanın bir sıra şəhər və rayonlarında fövqəladə vəziyyət elan edilib

Serbiyanın bir sıra şəhər və rayonlarında fövqəladə vəziyyət elan edilib
# 12 iyun 2023 17:21 (UTC +04:00)

Serbiyanın 26 şəhər və rayonunda güclü yağış və çay daşqınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA xəbər verir ki, bu barədə məlumat Serbiya Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

Qeyd olunub ki, xilasetmə işlərinə 762 yanğınsöndürən-xilasedici cəlb olunub və may ayının sonundan indiyədək 62 nəfər təxliyə edilib.

Dünən gecə və səhər saatlarında Kruşevats, Yaqodina, Kraqujevac və Sombor şəhərlərində vəziyyət kritik həddə çatıb, güclü yağış nəticəsində həyətyanı sahələri və yaşayış binalarını su basıb.

May ayının sonundan indiyə qədər ildırım vurması nəticəsində baş vermiş 12 yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR