Bank Of Baku

Serbiyanın daxili işlər naziri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç

© APA | Serbiyanın daxili işlər naziri İvitsa Daçiç

# 26 fevral 2026 02:04 (UTC +04:00)

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə "Blic" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirin vəziyyəti son bir neçə saat ərzində kəskin pisləşib.

Məlumata görə, ona daha əvvəl ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Serbiya Prezidenti Aleksandar Vuçiç klinikaya baş çəkdikdən sonra "Tanjug" agentliyinə açıqlamasında Daçiçin ağır vəziyyətdə olduğunu təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR