Serbiya xüsusi xidmət orqanları tanınmamış Kosovoya silah qaçaqmalçılığı ilə məşğul olan alban terrorçunu saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə “Veçernje novosti” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Serbiya xüsusi xidmət orqanları böyük partiya silah tədarükü barədə məlumat alıb. Əməliyyat nəticəsində çoxlu sayda silah-sursat və partlayıcı maddə daşıyan alban saxlanılıb. Nəşrin məlumatına görə, silah qanunsuz əldə edilib və tanınmamış Kosovoya getməli idi.
Qəzet qeyd edir ki, hazırda araşdırma aparılır və şübhəli şəxs saxlanılıb.