Bank Of Baku

Sibiqa Almaniya XİN rəhbəri ilə Rusiyanın təhdidlərinin neytrallaşdırılmasını müzakirə edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa

© APA | Ukraynanın xarici işlər naziri Andrey Sibiqa

# 30 iyun 2025 16:21 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa almaniyalı həmkarı Yohan Vadefulla görüşünün detallarını açıqlayıb.

APA xəbər verir ki, Sibiqa bu haqda özünün “X” hesabında bildirib.

“Almaniyalı həmkarımla Rusiyanın Ukraynaya təcavüzü ilə mübarizə yollarını, o cümlədən aqressiv Rusiya rejiminin Avropanın təhlükəsizliyi üçün yaratdığı təhdidlərin neytrallaşdırılmasını müzakirə etdik. Biz Almaniyanın Ukraynanı dəstəkləməkdə təqdirəlayiq rolunu yüksək qiymətləndiririk. Xüsusilə də hərbi yardım baxımından. Biz güc yolu ilə sülhə necə nail ola biləcəyimiz barədə fikir mübadiləsi apardıq. Hansı ki, bu, iki elementdən ibarətdir: Ukraynanın güclənməsi və Rusiyaya təzyiqin artırılması”, - Sibiqa qeyd edib.

Ukraynalı diplomatı ölkəsinin Avropa İttifaqına qoşulma prosesinin davam etdiyini və Almaniyanın bunu dəstəklədiyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR