Ukrayna ötən il dünyanın üçüncü ən böyük silah idxalçısı olub.
APA xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) hesabatında deyilir.
İnstitutun araşdırmalarına görə, bu göstəricilərə Rusiyanın Ukraynanı işğala başlamasından sonra ABŞ-ın və Avropa ölkələrinin hərbi yardımı təsir edib.
Qeyd olunub ki, Ukraynaya edilən hərbi yardım nəticəsində 2022-ci ildə Ukrayna, Qətər və Hindistandan sonra üçüncü ən böyük silah idxalçısı, ümumi göstəricilərə əsasən isə, 2018-2022 illərdə dünyanın 14-cü ən çox silah idxal edən ölkəsi olub.