Bank Of Baku

Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb

Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb
# 16 iyul 2025 20:54 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiyalar paketini bu dəfə də razılaşdıra bilməyib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sanksiyaların qəbulunu yenidən Slovakiya əngəlləyib.

Eyni zamanda, Belçikanın "RTBF" telekanalı məlumat yayıb ki, 18-ci sanksiyalar paketini bloklayan ölkələrdən biri də Maltadır. Rəsmi Valetta hesab edir ki, nəzərdə tutulan sanksiyalar, əsas fəaliyyət sahələrindən biri dəniz nəqliyyatı olan Maltanın iqtisadi maraqlarına zərər vura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR