Bank Of Baku

Sloveniya Prezidenti: Azərbaycanla bir-birimizə verə biləcəyimiz çox şey var

Sloveniya Prezidenti: Azərbaycanla bir-birimizə verə biləcəyimiz çox şey var
# 21 iyun 2023 17:54 (UTC +04:00)

Sloveniya Prezidenti AŞPA-da Azərbaycan və Sloveniyanın sıx əlaqələrindən danışıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Sloveniya Prezidenti Nataşa Pirs-Musar AŞPA-nın yay sessiyası zamanı çıxış edib və daha sonra parlamentarilərin suallarını cavablandırıb. O, Azərbaycanla Sloveniyanın hər zaman yaxşı əlaqələrə sahib olduğunu, bunun daha da inkişaf etdirilə bilinəcəyini deyib:

"Bəzən mənim ölkəm özünü sadəcə Avropa ilə məhdudlaşdırır, ancaq dünya böyükdür və biz öz dostluqlarımızı, əlaqələrimizi daha da inkişaf etdirməliyik. Düşünürəm ki bu xüsusda Azərbaycan və Sloveniyanın bir-birinə verə biləcəyi çox şey var",- deyə Prezident qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR