Bank Of Baku

Sloveniyanın xarici işlər naziri Serbiya və Kosovo arasında razılaşmaları alqışlayıb

Sloveniyanın xarici işlər naziri Serbiya və Kosovo arasında razılaşmaları alqışlayıb
# 19 mart 2023 22:54 (UTC +04:00)

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Serbiya Prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun Baş naziri Albin Kurti arasında əldə olunan razılaşmaları alqışlayıb və onların Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılması yolunda əhəmiyyətini vurğulayıb.

APA-nın xəbərinə görə, bu bau barədə Fayon bazar günü Tvitter hesabında bildirib.

Diplomat qeyd edib ki, Kosovo və Serbiya arasında razılaşma münasibətlərin normallaşdırılmasında mühüm mərhələdir və hər iki tərəfin əməkdaşlığa hazır olmasının göstəricisidir. Siyasətçi əlavə edib ki, Sloveniya Avropa İttifaqına gedən yolda Kosovo və Serbiyanın tərəqqisinin asılı olduğu razılaşmaların həyata keçirilməsini dəstəkləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR