Bank Of Baku

Şolts: “Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirmək olmaz”

Şolts: “Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirmək olmaz”
# 19 may 2022 16:20 (UTC +04:00)

Müharibəyə baxmayaraq, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü sürətləndirilməyəcək.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqa müraciətində deyib.

O vurğulayıb ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Aİ-yə daxil olmaq səyləri sürətləndirilə bilməz və bunun üçün qısa yol yoxdur.

Şolts Ukrayna üçün istisnaların edilməsinin ittifaqa üzv olmaq istəyən Balkan ölkələri üçün haqsızlıq ola biləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR