Bank Of Baku

Stoltenberq: NATO-nun müdafiə xərclərinin artırılmasına təcili ehtiyac var

Stoltenberq: NATO-nun müdafiə xərclərinin artırılmasına təcili ehtiyac var
# 16 iyun 2023 17:35 (UTC +04:00)

Mən əminəm ki, Vilnüs sammitində müttəfiqlərimiz müdafiə xərcləri ilə bağlı daha ambisiyalı plan qəbul edəcəklər.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda müdafiə xərclərimizin artırılmasına təcili ehtiyac var. Getdikcə NATO müttəfiqləri daha çox razılaşır ki, 2 faiz (ÜDM-in) tavan həcmi olmamalıdır, əksinə bu rəqəm minimum olmalıdır. Çünki müttəfiqlər başa düşür ki, müdafiə xərclərinin artırılmasına təcili ehtiyac var. Biz bu xərcləri artırmaq üçün növbəti 10 il gözləməməliyik”, - Stoltenberq bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR