Bank Of Baku

Stoltenberq: Ukraynalılar yaxşı hazırlanmış Rusiya müdafiə sədləri ilə üzləşirlər

Stoltenberq: Ukraynalılar yaxşı hazırlanmış Rusiya müdafiə sədləri ilə üzləşirlər
# 20 iyun 2023 18:05 (UTC +04:00)

Ukraynadakı müharibə hazırda aşındırma müharibəsidir.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Almaniya müdafiə naziri Boris Pistoriusla mətbuata birgə açıqlamasında deyib.

Stotlenberq əlavə edib ki, artıq əks-hücuma keçmiş ukraynalılar mürəkkəb relyeflə, həmçinin, Rusiyanın yaxşı hazırladığı müdafiə sədləri ilə üzləşirlər. “Ukraynalılar artıq hücum başladıblar, onlar ərazi ələ keçirirlər. Hələ ilk günlərdir. Biz bilirik ki, ukraynalılar mürəkkəb relyef ilə üzləşirlər, onlar Rusiyanın müqavimət səngərləri ilə üzləşirlər. Rusiyalılar mina sahələri, tank əleyhinə qurğular, tank səngərləri ilə statik və yaxşı hazırlaşmış müdafiə xətləri yarada biliblər. Lakin ukraynalılar o yaxşı hazırlanmış Rusiya müdafiə xətlərinin öhdəsindən gəlmək üçün (Almaniyada istehsal edilən) məhz bu texnikalara ehtiyac duyurlar. Ona görə də mən Almaniyanın, həmçinin NATO müttəfiqlərinin dəstəyini alqışlayıram”, - Stoltenberq deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR