Bank Of Baku

Sumidə raket zərbələri zamanı 22 nəfər həlak olub, 3-ü uşaqdır

Sumidə raket zərbələri zamanı 22 nəfər həlak olub, 3-ü uşaqdır
# 09 mart 2022 12:39 (UTC +04:00)

Rusiyanın ötən gün Ukraynanın Sumi şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Sumi Regional Hərbi İdarəsinin rəhbəri Dmitro Jivitski bildirib.

Onun sözlərinə görə, Sumi rayonu ötən gün 3 dəfə atəşə məruz qalıb.

Bombardman nəticəsində daha 8 nəfər yaralanıb, 20 birmərtəbəli yaşayış evi dağıdılıb.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Ukraynada müharibənin başlamasından sonra 474 mülki şəxs həlak olub, 861-i isə yaralanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının ofisinin məlumatında isə qeyd edilib ki, 2 milyon ukraynalı ölkəsini tərk edərək qonşu ölkələrə sığınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR