Bank Of Baku

Tbilisidə Avstraliya vətəndaşını öldürən azərbaycanlı 20 il azadlıqdan məhrum edilib

Tbilisidə Avstraliya vətəndaşını öldürən azərbaycanlı 20 il azadlıqdan məhrum edilib
# 09 mart 2022 16:59 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Avstraliya vətəndaşı Şanai Bruku öldürməkdə təqsirləndirilən etnik azərbaycanlı Rafael Mursakulov 20 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosu xəbər verir ki, qərar hakim Zviad Şaradzenin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs yekun nitqində qətli törətdiyinə görə peşman olduğunu bildirib və Şanai Brukun qardaşı Tayson Edvardsdan üzr istəyib.

Qeyd edək ki, Avstraliya vətəndaşı Şanai Bruk 30 iyul 2021-ci ildə yoxa çıxıb. Onun cəsədi iyulun 31-də Mtatsminda dağının yamacında tapılıb. Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rafael Mursakulovu sentyabrın 8-də həbs ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR