Bank Of Baku

Tbilisidə nümayişlərin dağıdılmasında iştirak edən DİN əməkdaşı həbs edilib

Tbilisidə nümayişlərin dağıdılmasında iştirak edən DİN əməkdaşı həbs edilib
# 15 iyul 2019 18:28 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində keçirilən nümayişin dağıdılması zamanı səlahiyyətindən sui-istifadə etməsi səbəbi ilə həbs edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxs nümayişlərin dağıdılması zamanı qeyri-bərabər güc tətbiq edərək vəzifə səlahiyyətlərini aşıb: “Yüksək ictimai marağı nəzəri alaraq bildiririk ki, iyunun 20-21-də keçirilən nümayişin dağıdılması zamanı vəzifə səlahiyyətindən sui-istifadə etdiyi üçün saxlanılan DİN əməkdaşı həbs edilib".     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR