Toivo Klaarın namizədliyi Aİ-nin Özbəkistandakı səfiri vəzifəsinə irəli sürülüb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar

© APA | Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar

# 17 aprel 2024 10:44 (UTC +04:00)

Toivo Klaarın namizədliyi Avropa İttifaqının Özbəkistandakı səfiri vəzifəsinə irəli sürülüb.

APA xəbər verir ki, onun namizədliyini Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndə Cozep Borrell sürüb.

Qeyd edək ki, Toivo Klaar hazırda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır. O, əvvəllər EEAS-da Mərkəzi Asiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Toivo Klaarın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi mandatı bu il avqust ayının sonunda bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR