Bank Of Baku

Türkiyə məhkəməsi İmamoğlunun diplomunun ləğvini qüvvədə saxlayıb

Ekrem İmamoğlu

© APA | Ekrem İmamoğlu

# 25 noyabr 2026 13:49 (UTC +04:00)

Türkiyənin Dövlət Şurası (Danıştay) İstanbulun keçmiş bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Ekrem İmamoğlunun ali təhsil diplomunun ləğv edilməsinə dair qərardan verilən şikayəti rədd edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Danıştayın 8-ci palatası İmamoğlunun vəkillərinin apellyasiya instansiyasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Beləliklə, İstanbul Universitetinin onun diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, İstanbul Universiteti İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki Girne Amerika Universitetindən köçürülməsi zamanı qanun pozuntularına yol verildiyini əsas gətirərək diplomunu ləğv edib. Universitet həmin ali məktəbin o dövrdə Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmadığını və köçürülmə qaydalarının pozulduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR