Gürcüstanda səfərdə olan Türkiyə Milli Müdafiə Şurasının sədri Seyfullah Hacımüftüoğlu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb. Bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud strateji əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla inkişaf etdirildiyi qeyd olunub.
Tərəflər Gürcüstan-Türkiyə əməkdaşlığının dayanıqlı və stabil regional inkişaf baxımından önəmini vurğulayıblar.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Seyfullah Hacımüftüoğlunu qəbul edib. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı söhbət zamanı Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.