Türkiyə və Almaniya liderləri İsrail-İran qarşıdurmasını müzakirə edib

Almaniyanın baş naziri Fridrix Merts - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Almaniyanın baş naziri Fridrix Merts - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 20 iyun 2025 13:58 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

APA xəbər verir ki, Ərdoğan deyib ki, İranla nüvə məsələsindəki anlaşılmazlıqların həlli yolu danışıqlar masasından keçir.

Türkiyə Prezidenti bildirib ki, İsrailin İrana hücumu ilə başlayan toqquşma bölgənin təhlükəsizliyinə təhdidi son həddə çatdırıb. Türkiyə lideri əlavə edib ki. bölgədə baş verənlər, eləcə də nüvə sızıntısının ola biləcəyi ehtimalı regiona təhdid yaradacaq.

O, ölkəsinin qarşıdurmanın başa çatdırılması və sabitliyin bərpası üçün səyləri davam etdirəcəyəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR