Bank Of Baku

Türkiyə XİN: Krım tatarlarının vəziyyəti bizim üçün hər zaman prioritet olacaq

Türkiyə XİN: Krım tatarlarının vəziyyəti bizim üçün hər zaman prioritet olacaq
# 16 mart 2023 12:53 (UTC +04:00)

Türkiyə Krımın ilhaqını tanımır, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinin 9-cü ildönümü ilə bağlı bəyanatında deyilir.

Qeyd olunub ki, Krımın yerli xalqı olan Krım tatarı türklərinin vəziyyəti Türkiyə üçün hər zaman prioritet məsələ olacaq.

“Türkiyə Krım tatarı soydaşlarımıza tarixi vətənləri Krımda öz milli kimliklərini qoruyaraq, əmin-amanlıq içində yaşamalarını təmin etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR