Bank Of Baku

Türkiyədə zəlzələ olub, bir nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-1

Türkiyədə zəlzələ olub, bir nəfər ölüb, 69 nəfər yaralanıb  - YENİLƏNİB-1
# 03 iyun 2025 08:09 (UTC +04:00)

Türkiyənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.


***
04:58


Xəbər verdiyimiz kimi, Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət alanlar zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.

***
03:54

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR