Ukrayna Avropa İttifaqından ona ötürülən elektrik enerjisinin həcmini iki dəfə artırmağa ümid edir.
APA-nın məlumatına görə, bunu İsveçin energetika naziri Ebba Buş Avropa İttifaqı Şurasının energetika nazirləri səviyyəsində Aİ ölkələrinin elektrik enerjisi bazarında islahatlarla bağlı razılığa gələ bilməyən iclasının yekunu üzrə deyib.
“Ukrayna bizdən Ukraynanın enerji sisteminə 2 min meqavat enerji ötürməyi xahiş edib. İndi onlar təxminən 1000 meqavat alırlar ki, bu da istənilənin yarısıdır”.
Buş əlavə edib ki, Kaxovskaya SES-in bəndinin dağıdılmasından sonra Avropa İttifaqı Ukraynanın enerji şəbəkəsinin dağılmasının qarşısını almaq üçün elektrik enerjisinin tədarükünü qısa müddətə artırıb.